Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı

Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı
  23 Noyabr 2020    Oxunub:3152
Rusiyalı minaaxtaranlar Dağlıq Qarabağın münaqişədən zərər görmüş ərazilərini minalardan və mərmilərdən təmizləməyə başlayıblar.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, regiona Müdafiə Nazirliyinin Ərazilərin Minalardan Təmizlənməsi Beynəlxalq Mərkəzindən 100 mütəxəssis gəlib.

Təyyarələrdə zirehli personal daşıyıcıları, Uran-6 robot minatəmizləmə sistemləri və xidməti itlər də daşınıb. Minaaxtaranlar yolları və obyektləri minalardan təmizləmək tapşırıqlarını yerinə yetirəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Qarabağ   Minaaxtaran  





Xəbər lenti