Paşinyanı istefaya çağıran baş yepiskop təhdid olundu

 Paşinyanı istefaya çağıran baş yepiskop təhdid olundu
  23 Noyabr 2020    Oxunub:2054
Ermənistanın Eçimiəzdin kilsəsinin arxiyepiskopu Arşak Xaçatryan baş nazir Nikol Paşinyanın birbaşa göstərişi ilə Milli Təhlükəsizlik Xidmətinə (MTX) çağırılıb.
Azvision.az “Past” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun hakimiyyəti tənqid etməsi olub.

“Arxiyepiskop təhdidlərlə susmağa məcbur edilib”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, bu yaxınlarda Arşak Xaçatryan özünün “Facebook” səhifəsində yazmışdı: “Nikol Paşinyan ölkəni idarə etmə prosesində iflasa uğradı, xalqla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalardan və ən təhlükəli olan qan tökülməsindən çəkinmək üçün getməlidir. Dövlətin gələcəyi naminə şəxsi təhlükəsizliyi qurban verməyin vaxtı gəldi”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArşakXaçatryan  





Xəbər lenti