Erməni siyasətçi Paşinyanın istefası tələbilə aclığa başladı

Erməni siyasətçi Paşinyanın istefası tələbilə aclığa başladı
  23 Noyabr 2020    Oxunub:2182
Ermənistanın “ARF Daşnaktsutyun” partiyasının üzvü Geqam Manukyan müddətsiz aclıq aksiyasına başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.

Erməni siyasətçi qeyd edib ki, Ermənistan hakimiyyətinin, xüsusilə baş nazir Nikol Paşinyanın səriştəsiz və dağıdıcı hərəkətləri nəticəsində şəxsi və milli faciə yaşayırlar.

“Paşinyanın ölkədə dəyişikliklər həyata keçirməyə, danışıqlar aparmağa və “Artsax” (Dağlıq Qarabağ-red) məsələsində ən yaxşı şərtlərə nail olmaq iqtidarında olmadığını başa düşərək, baş nazirin istefası tələbi ilə müddətsiz aclıq aksiyası elan edirəm. Nikol getməlidir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: GeqamManukyan  





Xəbər lenti