Mnatsakanyan BMT Baş katibindən iş istədi

 Mnatsakanyan BMT Baş katibindən iş istədi
  23 Noyabr 2020    Oxunub:2385
Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan BMT Baş katibi Antonio Quterreşdən iş istəyib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Mnatsakanyan ailəsini Ermənistandan çıxarmaq niyyətindədir. Bu məqsədlə sabiq nazir 20 noyabrda BMT Baş katibi ilə əlaqə saxlayıb və ondan iş istəyib. Quterreş bu barədə düşünəcəyinə söz verib.

Xatırladaq ki, Mnatsakanyan 2014-18-ci illərdə Ermənistanın BMT-dəki daimi nümayəndəsi olub (iqamətgahı Nyu-Yorkda).

Erməni KİV-ləri yazır ki, hazırkı utancverici vəziyyətdə belə, günahkarları yalnız ailələrinin rifahı və təhlükəsizliyi maraqlandırır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AntonioQutereş  





Xəbər lenti