Gürcüstanda yoluxma ayı 110 minə çatır

Gürcüstanda yoluxma ayı 110 minə çatır
  23 Noyabr 2020    Oxunub:1526
Gürcüstanda son 24 saat ərzində 3958 nəfər koronavirusa yoluxub, 36 pasiyent həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

Bildirilib ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 108 min 690-a çatıb. Onların 89 170-i sağalıb, 1012 nəfər dünyasını dəyişib.

Hazırda 2137 nəfər karantin rejimində, 6221 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti