ABŞ-da kilsəyə hücum edilib, iki nəfər ölüb

ABŞ-da kilsəyə hücum edilib,  iki nəfər ölüb
  23 Noyabr 2020    Oxunub:1877
ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərindəki baptist kilsəsinə bıçaqlı hücum olub.
Azvision.az xəbər verir ki, bu barədə şəhər polisinin “Twitter” səhifəsində məlumat paylaşılıb.

Hadisə nəticəsində bıçaq xəsarətləri almış iki nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Məlumata görə, hücum zamanı kilsədə hər hansı mərasim olmayıb. Evsiz insanlar küçədə donmamaq üçün kilsəyə gətirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: bıçaqlıhücum  





Xəbər lenti