İşdən çıxarılan erməni nazirlər ölkədən qaçmağa hazırlaşır

 İşdən çıxarılan erməni nazirlər ölkədən qaçmağa hazırlaşır
  23 Noyabr 2020    Oxunub:2030
Ermənistanın “Veto” hərbi-ictimai hərəkatının təsisçisi Narek Malyan diqqətçəkən açıqlama ilə çıxış edib.
Azvision.az xəbər verir ki, erməni fəal Paşinyanın işdən azad etdiyi və ya istefa verən nazirlərin ölkədən qaçmağa hazırlaşdığını bildirib.

Onun sözlərinə görə, işdən çıxarılan bütün məmurlar Nikol Paşinyanın qarşısında iki şərt irəli sürüblər:

"1. Ölkəni tez və təhlükəsiz şəkildə tərk edə biləcəkləri üçün diplomatik pasportları əllərindən alınmasın. Yeri gəlmişkən, bu qanunsuzdur...

2. Ən azı 4 nəfərdən ibarət silahlı mühafizəçilərlə təmin edilsinlər. Nikolun bunu da etmək hüququ yoxdur. Ancaq məsələ baş nazirin xüsusi əmri ilə həll edilib".

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   nazir  





Xəbər lenti