Bill Qeyts yeni pandemiyanın anonsunu verdi

Bill Qeyts yeni pandemiyanın anonsunu verdi
  23 Noyabr 2020    Oxunub:2810
“Microsoft” şirkətinin qurucusu, iş adamı Bill Qeyts bəşəriyyəti yeni pandemiyanın meydana çıxacağı ilə bağlı xəbərdar edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, milyarder aktrisa Raşida Cons və ABŞ-ın baş infeksionisti Entoni Faucla koronavirus pandemiyasını və COVID-19-un meydana gətirdiyi dəyişiklikləri müzakirə edib.

Söhbət əsnasında Cons ondan yeni pandemiya barədə soruşub. "Bəli. Bu, iyirmi ildən sonra baş verərsə, şanslıyıq", - deyə Qeyts cavab verib. O, yeni pandemiyanın daha erkən - üç ildən sonra baş verə biləcəyi ilə bağlı bir ssenarinin olduğunu da diqqətə çatdırıb. Buna baxmayaraq, Qeyst növbəti dəfə pandemiyaya hazır olmağı məsləhət görüb: "İkinci dəfə biz belə axmaq olmayacağıq".

Milyarder infeksiyanın zəifləməsinin peyvənd istehsalının artması ilə əlaqədar olacağını söyləyib. Yalnız bundan sonra bəşəriyyət "tunelin sonunda işıq" görəcək.

Azvision.az


Teqlər: BillQeyts  





Xəbər lenti