Obamanın köməkçisi prezident ola bilər

Obamanın köməkçisi prezident ola bilər
  08 Fevral 2014    Oxunub:1074
ABŞ-nın vitse-prezidenti Joe Biden 2016-cı ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək üçün heç bir əngəl tanımadığını dilə gətirib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Joe Biden CNN-ə verdiyi müsahibədə , prezidentliyə namizəd olub olmayacağı barədə qərarını gələn ilin yazına qədər verəcəyini bildirib.

Biden bu qərara prezident seçkilərində təsadüfi adamlara hakimiyyətə gəlmək üçün “şans” verməmək və ABŞ-ın maraqlarına xidmət edən möhkəm xarici siyasətin qorunub saxlanması üçün gəldiyini açıqlayıb.

Obamanın köməkçisi onu da vurğulayıb ki, “prezident seçkilərində mübarizə aparmamaq üçün səbəblərim ola bilər, amma düşünürəm ki, namizədliyimi vermək üçün heç bir maneə yoxdur”.

Qeyd edək ki, ABŞ-da keçiriləcək prezident seçkilərində Joe Bidenlə yanaşı, ABŞ Xarici işlər Naziri Hillari Klinton da namizədliyini verəcək. Klinton bu barədə qərarını bu il ərzində açıqlayacağını bildirib.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti