Türkiyənin hazırlayacağı vaksin hamı üçün əlçatan olacaq

Türkiyənin hazırlayacağı vaksin hamı üçün əlçatan olacaq
  22 Noyabr 2020    Oxunub:1862
Türkiyənin koronavirusa qarşı hazırlayacağı vaksin bütün dünya üçün əlçatan olacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Böyük İyirmilik" (G20) sammitinin iştirakçılarına müraciətində deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyə indiyədək G20-nin 15 üzv ölkəsinə qarşılıqsız yardım edib.

Bundan əlavə, Türkiyə Prezidenti qeyd edib ki, G20 platforması koronavirusa qarşı vaksinin hamı üçün əlçatan olmasını təmin edəcək mexanizmlər hazırlamalıdır.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti