Ermənistan daha 41 itkisini açıqladı

   Ermənistan daha 41 itkisini açıqladı
  22 Noyabr 2020    Oxunub:2494
Ermənistan ordusu üçtərəfli razılaşmadan (10 noyabr) əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 41 hərbçinin adını açıqlayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1674-ə çatıb.

Real faktlara əsasən, Ermənistanın itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Üstəlik, düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası aparılmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan Qarabağda azı 4750 erməni hərbçinin öldüyünü açıqlamışdı.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti