Zərifin Bakı və Moskva səfərləri təxirə salındı

Zərifin Bakı və Moskva səfərləri təxirə salındı
  21 Noyabr 2020    Oxunub:2143
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Rusiya və Azərbaycana səfəri təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib. Onun sözlərinə görə, səfərin təxirə salınmasına səbəb Nazirlər Kabinetinin büdcə iclasıdır.

Məlumatda vurğulanıb ki, büdcənin müzakirəsində bütün nazirlərin iştirakı mütləqdir.

Xatırladaq ki, Zərifin noyabrın 23-24-də Azərbaycan və Rusiyaya səfəri gözlənilirdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   İran   Zərif   Səfər  





Xəbər lenti