İranda koronavirusdan ölüm sayı 44 mini keçdi

İranda koronavirusdan ölüm sayı 44 mini keçdi
  21 Noyabr 2020    Oxunub:1769
İranda son sutka ərzində 431 nəfər koronavirus infeksiyasından ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 44 327-ə çatıb.

Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, İranda ötən 24 saat ərzində 12 min 931 nəfər koronavirusa yoluxub. Virusa yoluxanların ümumi sayı 841 308 nəfərdir.

Hazırda 5778 nəfərin vəziyyəti ağırdır. İndiyədək 596 136 pasiyent sağalıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti