Rusiyanın Fövqəladə Hallar naziri də İrəvandadır

Rusiyanın Fövqəladə Hallar naziri də İrəvandadır
  21 Noyabr 2020    Oxunub:1957
Rusiyanın Fövqəladə Hallar naziri Yevgeni Ziniçev İrəvanda səfərdədir.
Azvision.az xəbər verir ki, o, Rusiya Federasiyasının qurumlararası nümayəndə heyətinin tərkibində İrəvana səfər edib.

Ziniçev, humanitar vəzifələri, habelə Dağlıq Qarabağa dair üçtərəfli bəyanatın icrası məsələlərini müzakirə edəcək.

O, bu gün erməni həmkarı Andranik Piloyanla görüşəcək.

Xatırladaq ki, nümayəndə heyətinə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu, Xarici işlər naziri Sergey Lavrov, Baş nazirin müavini Aleksey Overçuk, Səhiyyə naziri Mixail Muraşko və digərləri daxildir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: YevgeniZiniçev  





Xəbər lenti