Paşinyanın maskalı dəstəsi: Cangüdənlər etirazçılara divan tutur

 Paşinyanın maskalı dəstəsi:  Cangüdənlər etirazçılara divan tutur
  21 Noyabr 2020    Oxunub:2381
Ermənistan mətbuatı ölkədə tüğyan edən etiraz dalğasını yatırtmağa çalışan iqtidarın əməlləri ilə bağlı maraqlı faktlar aşkar edib.

Azvision.az xəbər verir ki, dünən İrəvanda və Ermənistanın bəzi bölgələrində kapitulyasiya aktına və ümumilikdə iqtidarın yarıtmaz fəaliyyətinə qarşı keçirilən etiraz aksiyalarını dağıdan xüsusi qrupların geyimi diqqət çəkib.
Dinc şəkildə aksiya keçirən kütləni meydanlardan dağıdan və sərt hərəkətləri ilə seçilən “polis qüvvələri”nin əksəriyyətinin üzlərini örtmüş maskalarla yanaşı qara geyimdə olması müzakirələrə səbəb olub.

Erməni saytları yazır ki, bu xüsusi dəstədə həqiqi polislərdən çox, sistem işçiləri olmayan qeyri-peşəkarlar yer alıb. Polis dəstələri”nin üzlərini bağlamalarının səbəbi məğlub baş naziri açıq şəkildə müdafiə etməkdən utanmaları olmayıb. Sadəcə olaraq, onlar xüsusi qara geyimlər paylanmış adi idmançı və oliqarxların mühafizəçiləri olublar:



“Üstəlik, bu qrupların formalarının üzərində Çin dilində yazılar var idi. Vətəndaşları həbs etmək üçün vəhşicəsinə güc tətbiq edən xüsusi maskalı şəxslərin polis məmurları deyil, müxtəlif oliqarxların mühafizəçiləri olması təəccüblü idi. Bununla bağlı aidiyyəti qurumlara ünvanladığımız sorğuya cavab olaraq polis orqanlarından aydınlıq gətirildi․ Qeyd edilib ki, polis qoşunları da hərbi əməliyyatlarda iştirak etmişdi. Döyüş bölgəsindən geri qayıtdıqda isə onların ənənəvi geyimləri hazır vəziyyətdə deyildi. Vaxt məhdudiyyətinə görə polislərə verilən formaların üzərindəki Çin dilində olan yazıların erməni dili ilə əvəzlənməsi mümkün olmadı. Ona görə də belə forma təqdim edilib”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Polis   Ermənistan  





Xəbər lenti