Kalın Aİ rəsmiləri ilə Qarabağı müzakirə etdi

 Kalın Aİ rəsmiləri ilə Qarabağı müzakirə etdi
  21 Noyabr 2020    Oxunub:1963
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın 10-11 dekabr tarixlərində keçiriləcək Avropa İttifaqı (Aİ) Zirvəsi öncəsi dünən Brüsselə səfər edib.
Azvision.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Kalın keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsini də müzakirə edib.

Türkiyəli rəsmi Aİ Şurasının sədri Şarl Mişelin Xarici siyasət üzrə baş məsləhətçisi Maryam Van den Heuvel, Aİ Komissiyası başçısı Ursula von der Leyenin kabinet rəhbəri Bjoern Seibert və Aİ Xarici əlaqələr xidmətinin baş katibi Helqa Schmid ilə ayrılıqda görüşüb.

Görüşdə Türkiyə-Aİ əlaqələri, Şərqi Aralıq dənizi, Liviya, Suriya və Dağlıq Qarabağ, Kipr kimi regional məsələlər diqqətdə olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropaİttifaqı   Qarabağ  





Xəbər lenti