Hulusi Akar: “Türk hərbçiləri tezliklə Azərbaycana gələcək”

  Hulusi Akar:  “Türk hərbçiləri tezliklə Azərbaycana gələcək”
  21 Noyabr 2020    Oxunub:5617
Ən qısa müddətdə türk hərbçiləri Azərbaycandakı vəzifələrini icra edəcək. Quru qoşunlarımız işlərini tamamlayıb.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə hərbçiləri tezliklə Azərbaycana gələcək.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, bölgədə 10 noyabr tarixindən atəşkəs başlayıb və atəşkəsə riayət edilib-edilmədiyini monitorinq etmək üçün işğaldan azad edilmiş Azərbaycan ərazisində Rusiya ilə birgə Monitorinq Mərkəzi yaradılır.

Türkiyə hərbçiləri ölkə konstitusiyasına müvafiq olaraq 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HulusiAkar  





Xəbər lenti