Trampın oğlu koronavirusa yoluxdu

Trampın oğlu koronavirusa yoluxdu
  21 Noyabr 2020    Oxunub:1555
ABŞ Prezidenti Donald Trampın böyük oğlu yeni növ koronavirusa yoluxub və özünü təcrid edib.
Azvision.az xəbər verir ki, bu barədə onun nümayəndəsinin yaydığı açıqlamada deyilir.

"Həftənin əvvəlində Donun testi müsbət oldu, bundan sonra öz evində karantinə alındı. Hələlik heç bir simptomu yoxdur və COVID-19 ilə əlaqədar tibbi məsləhətlərə tam əməl edir".

Kiçik Tramp atasının şirkəti olan “Trump Organization”ın vitse-prezidentlərindən biridir.

Qeyd edək ki, bir müddət əvvəl Amerika lideri və həyat yoldaşı da koronavirusa yoluxmuşdu.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti