Baydenin dostu ABŞ-ın dövlət katibi ola bilər

Baydenin dostu ABŞ-ın dövlət katibi ola bilər
  21 Noyabr 2020    Oxunub:1394
ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəldiyini elan edən demokrat namizəd Cozef Bayden dövlət katibi vəzifəsinə kimin təyin olunacağını müəyyən edib.
Azvision.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyasında çalışmış sabiq məmur dövlət katibi vəzifəsinə veteran diplomat və Baydenin çoxdankı müttəfiqi Toni Blinkenin təyin olunacağını bildirib.

Nəşr namizədin rəsmi adının gələn həftə açıqlanacağını qeyd edib.

58 yaşlı Blinken 2015-2017-ci illərdə ABŞ dövlət katibinin müavini olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ToniBlinken   ABŞ  





Xəbər lenti