“Qarabağla bağlı bəyanatın alternativi müharibədir” - Putin

 “Qarabağla bağlı bəyanatın alternativi müharibədir” -    Putin
  21 Noyabr 2020    Oxunub:4045
Qarabağla bağlı üçtərəfli bəyanatın icrasını əngəlləməyə çalışan şəxslər başa düşməlidirlər ki, bunun alternativi müharibədir.

Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qarabağa sülhməramlıların yerləşdirilməsi ilə bağlı müşavirədə deyib.
Putinin sözlərinə görə, 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat pozularsa, müharibədə ölənlərin qanı həmin şəxslərin əlində qalacaq.

“Hər kəs bunu dərk etməli və öz-özünə bununla bağlı hesabat verməlidir”, - deyə Rusiya lideri qeyd edib.

Azvision.az


Teqlər: Putin   Qarabağ  





Xəbər lenti