Tbilisidə girov götürülən şəxslər azad edildi - YENİLƏNİB

Tbilisidə girov götürülən şəxslər azad edildi -  YENİLƏNİB
  21 Noyabr 2020    Oxunub:2724
Tbilisidə "MBC" mikromaliyyə təşkilatının ofisində girov götürülən şəxslər sərbəst buraxılıb, banka hücum edən silahlı saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi Nino Qiorqobiani bildirib.

Onun sözlərinə görə, faktla əlaqədar qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə və soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 16:00-da silahlı şəxs mikromaliyyə təşkilatının filialına basqın edərək 11 nəfəri girov götürmüşdü.



***
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mərkəzində, Tsereteli metro stansiyasının yaxınlığında yerləşən mikromaliyyə təşkilatının ofisinə silahlı basqın edilib. Naməlum şəxs 9 nəfəri girov götürüb.

Azvision.az xəbər verir ki, əraziyə xeyli sayda polis və xüsusi təyinatlılar cəlb olunub. Bina mühasirəyə alınıb.

Tbilisi Daxili İşlər Nazirliyinin Patrul Polis Xidmətinin rəisi Vaja Siradze bildirib ki, hazırda xüsusi əməliyyat davam etdirilir.

Azvision.az


Teqlər: Gürcüstan   Tbilisi  





Xəbər lenti