Əsirlərə işgəncə verilməsinə görə AİHM-ə sorğu göndərildi

Əsirlərə işgəncə verilməsinə görə AİHM-ə sorğu göndərildi
  20 Noyabr 2020    Oxunub:2222
"Bu gün azərbaycanlı hərbi əsirlər Amin Musayev və Bayram Kərimovla qeyri-insani rəftarla əlaqədar Ermənistana qarşı təcili olaraq müvəqqəti tədbirlər tətbiq etmək məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə sorğu göndərdim".
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov "Tvitter" hesabında yazıb.

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən azərbaycanlı hərbi əsirlərə qarşı qeyri-insani rəftarı əks etdirən görüntülər yayımlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: hərbiəsirlər  





Xəbər lenti