Ermənistanın keçmiş səfiri: “Nikol, ölkə səndən iyrənir”

Ermənistanın keçmiş səfiri:  “Nikol, ölkə səndən iyrənir”
  20 Noyabr 2020    Oxunub:2117
Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan yenidən baş nazir Nikol Paşinyanı tənqid edib.
Azvision.az xəbər verir ki, sabiq diplomat baş nazirin səbatsızlığı haqqında xeyli fikirlər səsləndirib.

Belə ki, Minasyan deyib: “Nikol, sən rəhbərliyə Ermənistanın daha yaxşı yaşaması üçün gəldin. Nəticədə, siz gəldiyinizdən bəri Ermənistan daha pis yaşayır. Ölkə sülhü və həmrəyliyi itirdi. Xalqın daha xoşbəxt olacağını söyləyərək gəldin. İndi xalq qırılır, işsiz, qaçqın, xəstə, kasıb və ac halına gəldi. Ölkənin təhlükəsiz olacağını söyləyərək gəldin. Nəticədə torpaqların bir hissəsini itirdik. Sən “Artsax”ı (Qarabağ-red.) verdin”.

Minasyan bildirib ki, Paşinyan hakimiyyətə vəzifə üçün gəlmədiyini söyləyərək yiyələnmişdi. Nəticədə yalnız vəzifə, kürsü uğrunda mübarizə aparırlar:

“Nikol, səni sevgi ilə gətirdilər. İndi insanlar televizoru açmaqdan imtina edirlər. Ölkə səndən iyrənir. Nikol, 10 naziri dəyişdirmək istəyirsən, problem sən və arvadındır. Getməlisən. Tərəfdarlarınız indi hakimiyyət dəyişikliyindən qorxurlar. Çünki intiqam alınacağını düşünürlər. Nikol, dinc bir şəkildə get ki, o insanlar da təhlükəsiz olsunlar. Sənin üzündən davamlı şəkildə qan axdı. Gedin ki, ağrımız azalsın. Heç olmasa sağ qalaq, yaşayaq!”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Minasyan   Paşinyan  





Xəbər lenti