Ermənistanda növbəti nazir dəyişikliyi

Ermənistanda növbəti nazir dəyişikliyi
  20 Noyabr 2020    Oxunub:2473
Ermənistanın 5-ci ordu korpusunun rəhbəri Andranik Piloyan fövqəladə hallar naziri təyin edilib.
Azvision.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

FHN rəhbəri olmuş Feliks Çolakyanın bir neçə gün əvvəl istefa verdiyini xatırladan erməni mediası artıq əmək və sosial məsələlər üzrə nazir Zarui Btoyanın da yerinə gələcək şəxsin bəlli olduğunu yazıb.

Xatırladaq ki, general-mayor Piloyana ikinci Qarabağ müharibəsində "milli qəhrəman" adı verilib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Erməninazir  





Xəbər lenti