“Melkonyanın öldürüldüyü yer də Azərbaycana qaytarıldı”

“Melkonyanın öldürüldüyü yer də Azərbaycana qaytarıldı”
  20 Noyabr 2020    Oxunub:2158
Ermənistanın tanınmış ictimai xadimi Edqar Elbakyan bu gün Ağdamın Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib.
Azvision.az xəbər verir ki, o, erməni terrorçu Monte Melkonyanın öldürüldüyü ərazi kimi təqdim edilən yerin fotosunu paylaşaraq yazıb:

"Arxa fonda yazılıb - “Bu torpağı itirsək, Ermənistan tarixinin son səhifəsini aça bilərik". Bu ərazi Azərbaycana təhvil verilir. Biz tədricən Ermənistan tarixinin son səhifəsinə yaxınlaşırıq”.



Qeyd edək ki, bəzi mənbələrə görə, Melkonyan Ağdamın Mərzili kəndində öldürülüb. “Bu torpağı itirsək, Ermənistan tarixinin son səhifəsini aça bilərik" fikrinin erməni terrorçuya məxsus olduğu deyilir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ağdam  





Xəbər lenti