Trampın gəlini senator olmaq istəyir

Trampın gəlini senator olmaq istəyir
  20 Noyabr 2020    Oxunub:1570
ABŞ-ın hazırkı Prezidenti Donald Trampın gəlini Lara Tramp 2022-ci ildə keçiriləcək Senat seçkilərində iştirak edə bilər.
Azvision.az xəbər verir ki, bu barədə “New York Times” nəşri yazıb.

Qeyd edilib ki, 38 yaşlı Lara Tramp siyasi karyerasına başlamaq üçün Şimali Karolina ştatını seçib. Respublikaçı senator Riçard Berr daha əvvəl səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən seçkilərə qatılmayacağını bəyan edib.

Lara Tramp 2014-cü ildə Erik Trampla evlənib. Daha əvvəl televiziyada prodüser, məşqçi, hətta aşbaz kimi çalışıb. 2016 və 2020-ci illərdə qayınatasının təşviqat məsləhətçisi kimi fəaliyyət göstərib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Senat  





Xəbər lenti