Bir gündə yarım milyondan çox insan virusa yoluxdu

   Bir gündə yarım milyondan çox insan virusa yoluxdu
  20 Noyabr 2020    Oxunub:2261
Dünyada koronavirusa yoluxanların sayı son sutkada 594 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı gündəlik hesabatda bildirilir.

Məlumata görə, ötən sutka ərzində 594 542 nəfər koronavirusa yoluxub, 9989 pasiyent dünyasını dəyişib.

Ümumilikdə isə pandemiya dövründə 57 milyon 74 min 228 yoluxma qeydə alınıb, 1 milyon 362 min 561 nəfər həyatını itirib. İndiyədək 39 milyon 626 min 573 pasiyent xəstəliyə qalib gəlib. Hazırda 101 min 425 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti