COVID-19 Avropada hər 17 saniyədə bir can alır

   COVID-19 Avropada hər 17 saniyədə bir can alır
  20 Noyabr 2020    Oxunub:2663
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada koronavirus pandemiyası ilə əlaqədar həyəcan təbili çalır.
Azvision.az -ın məlumatına görə, ÜST-ün Avropa bürosunun rəhbəri Hans Kluqe ötən iki həftə ərzində COVID-19 xəstəliyi ilə əlaqədar ölüm hallarının 18 faiz artdığını bildirib.

Onun sözlərinə görə, Avropa regionu üzrə ötən həftə 29 min ölüm faktı qeydə alınıb. Bu isə hər 17 saniyədə COVID-19 xəstəliyindən bir nəfərin ölümü deməkdir.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti