Türkiyədə koronavirusdan daha 123 nəfər öldü

Türkiyədə koronavirusdan daha 123 nəfər öldü
  20 Noyabr 2020    Oxunub:1414
Türkiyədə son sutka ərzində 123 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 4542 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 11 943, virusa yoluxanlar isə 430 170 nəfərə çatıb.

Türkiyədə indiyədək 364 573 pasiyent (son sutkada 2918 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti