Xaricə gedənlərin sayı 4,2 dəfə azalıb

Xaricə gedənlərin sayı 4,2 dəfə azalıb
  19 Noyabr 2020    Oxunub:2787
Bu ilin yanvar-oktyabr aylarında xaricə gedən ölkə vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə azalaraq 1 106,7 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, vətəndaşların 30,3%-i İrana, 27,2%-i Gürcüstana, 19,2%-i Rusiyaya, 14,6%-i Türkiyəyə, 8,7%-i digər ölkələrə səfər edib. Gedənlərin 70,1%-ni kişilər, 29,9%-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 dəfə, Gürcüstana gedənlərin sayı 4,5 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 3,8 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.

10 ay ərzində xaricə gedənlərin 75,3%-i dəmir yolu və avtomobil, 22,1%-i hava, 2,6%-i isə dəniz nəqliyyatından istifadə edib.

Azvision.az


Teqlər: Turist  





Xəbər lenti