Ermənilər Arutyunyanın obyektini yandırdılar
“Hələ də Ermənistanın siyasi rəhbərliyinə qarşı etirazlar davam edir və “Artsax”da (Qarabağ-red.) müharibə nəticəsində yaxınlarını, evlərini itirən mülki şəxslərin sərt addımlar atdıqları barədə bizə məlumatlar gəlir. Belə ki, bu yaxınlarda Hadrutdan olan bir nəfər, Arayik Arutyunyana məxsus mağazalardan birinin şüşələrini qıraraq içəri girib və obyekti benzin tökərək yandırıb. O, dükanı yandırdıqdan sonra meydanın mərkəzində dayanaraq Arutyunyanı söyüb", - deyə "Hraparak" qəzeti yazıb.
Qeyd edək ki, bir neçə gün əvvəl erməni mətbuatı Arutyunanın döyülməsi xəbərini yaymışdı. Məlumata görə, Arayik kapitulyasiya ilə bağlı xəbəri elan edəndə generallardan biri hislərini cilovlaya bilməyərək separatçı liderə yumruq zərbəsi endirib.
Tural Tağıyev
Azvision.az
Teqlər: Arutyunyan Hadrut