Şuşadan 300-dən çox erməni əsgərinin cəsədi götürülüb

Şuşadan 300-dən çox erməni əsgərinin cəsədi götürülüb
  16 Noyabr 2020    Oxunub:7407
Son iki gündə Şuşadan 300-dən çox erməni əsgərinin cəsədi çıxarılıb.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında bildirib.

“300-dən çox cəsəd. Bu döyüşün miqyasını təsəvvür edirsinizmi? Generallar və ya siyasi rəhbərliyin guya Şuşa üçün döyüşməməyi əmr etdiyini söyləyənlər var. O zaman bu insanlar kimin əmri ilə döyüşdülər və öldülər?", -deyə Paşinyan əlavə edib.

Baş nazir deyib ki, Şuşanı saxlamaq imkanları olmayıb: "Şuşanın təslim edilməsi barədə şayiələr yayan insanlar istintaq orqanlarına çağrılıb, onlardan hansı məlumatlara sahib olduqlarını, xainin kim olduğunu söyləmələri istənilib. Ancaq bu insanlar ifadələrində bəzi qeyri-müəyyən hallardan danışıblar".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şuşa   Paşinyan  





Xəbər lenti