Ermənistanın XİN rəhbəri işdən çıxarıldı

 Ermənistanın XİN rəhbəri işdən çıxarıldı
  16 Noyabr 2020    Oxunub:3210
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan tutduğu vəzifədən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib.

Xatırladaq ki, parlamentdə çıxış edən Paşinyan 2018-ci ilə qədər formalaşan danışıqlar prosesinin ərazilərin təslim olmasına gətirdiyini vurğulayıb. O əlavə edib ki, danışıqlar yalnız Dağlıq Qarabağın ətrafındakı bölgələrin deyil, Şuşa şəhərinin də geri qaytarılması ilə bağlı olub.

Bundan sonra XİN-in mətbuat katibi Anna Naqdalyan Paşinyanın fikirlərini təkzib edərək danışıqların heç bir mərhələsində Şuşanın təslim edilməsi məsələsinin nəzərdən keçirilmədiyini bildirib.

Konfrans salonunda Paşinyana bu haqda məlumat verildikdə, o, Mnatsakanyanı işdən çıxardığını vurğulayıb. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan xarici işlər naziri Zöhrab Mantsakanyanın istefası barədə qərar verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   XİN  





Xəbər lenti