Erməni tələbələr Paşinyanı istefaya çağırdı

 Erməni tələbələr Paşinyanı istefaya çağırdı
  16 Noyabr 2020    Oxunub:2008
Kanadada fəaliyyət göstərən erməni tələbə birlikləri Ermənistanın baş naziri Nikol Paşinyana müraciət ünvanlayıblar.
Azvision.az xəbər verir ki, “Montreal” və “Gongortia” universitetlərinin erməni tələbələri, həmçinin “ARF Armen Garo” Tələbə Birliyi baş naziri istefa verməyə çağırıb.

Müraciətdə deyilir ki, məlum kapitulyasiya sənədinə prezident, parlament və siyasi partiyalarla məsləhətləşmələr aparılmadan imza atılıb: “Sənəd erməni dövlətçiliyini tamamilə alçaltdı. Ermənistandakı 17 siyasi partiyanın koalisiyasının rəhbərlik etdiyi hazırkı hərəkata dəstəyimizi bildiririk. Biz sizinləyik!”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Kanada   Erməni  





Xəbər lenti