Meksikada növbəti kütləvi qətl
Yerli sakinlərin aşkarladığı məzarlıqda “Cəngavərlər” narkokartelinin qətlə yetirdiyi insanların cəsədləri aşkarlanıb. Polisin ehtimalına görə, quldurlar aksiyalarının uğursuzluqla nəticələnməsinə cavab olaraq yerli sakinlərdən qisas alıblar. Ştatın bir neçə bölgəsində yerli sakinlər özünümüdafiə dəstələrində birləşərək narkokartellərin özbaşınalığına qarşı çıxıblar.
Xatırladaq ki, 2006-cı ildən başlayaraq Meksika hökuməti ölkədə narkomaniyaya qarşı müharibə elan edib. Bu günə qədər toqquşmalarda 50 mindən artıq insan həlak olub.
Vüqar İsmayılov