Türkiyə hərbçiləri 1 il Qarabağda olacaq

Türkiyə hərbçiləri 1 il Qarabağda olacaq
  16 Noyabr 2020    Oxunub:6747
Dost və qardaş ölkə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək mücadiləsi illərdir davam edir. Ermənistanın sentyabrın 27-də Dağlıq Qarabağda cəbhə xətti boyunca hərbi və mülki hədəflərə qarşı hücumlarına cavab olaraq, Azərbaycan özünümüdafiə hüququna əsaslanan əks əməliyyatı nəticəsində işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində mühüm uğurlar əldə edib.
Azvision.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Türkiyə Böyük Millət Məclisinə Azərbaycana hərbi qüvvə göndərməklə bağlı daxil olan sənəd layihəsində deyilir.

Qeyd edilir ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, bölgədə 10 noyabr tarixindən atəşkəs başlayıb və atəşkəsə riayət edilib-edilmədiyini monitorinq etmək üçün işğaldan azad edilmiş Azərbaycan ərazisində Rusiya ilə birgə Monitorinq Mərkəzi yaradılacaq.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyini Azərbaycan müəyyən edəcək.

Layihəyə əsasən, Türkiyə hərbçiləri ölkə konstitusiyasına müvafiq olaraq 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: MonitorinqMərkəzi  





Xəbər lenti