Erməni məmurlara Paşinyanla bağlı çağırış edildi

Erməni məmurlara Paşinyanla bağlı çağırış edildi
  16 Noyabr 2020    Oxunub:1467
Ermənistanın keçmiş mədəniyyət nazirinin müavini Tiqran Qalstyan baş nazir Nikol Paşinyanın qalmaqala səbəb olan paylaşımını tənqid edib.
Azvision.az xəbər verir ki, o, iqtidar komandasını Paşinyanı meydanda tək qoymağa çağırıb:

"Mənim addımım” fraksiyasından tanıdığım vicdanlı insanlara müraciət edirəm. Liderinizin erməni xalqının başına hansı fəlakət gətirdiyini anlamırsınız. Hələ də bütün bunlara görə məsuliyyəti öz üzərinizə götürməmək fürsətiniz var. Nəhayət, ayılın”

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində xalqı təhdid edən status paylaşıb. "Cəbhə bölgəsindən hərbi qulluqçuların onlarla videosunu izlədim. Uşaqların dərin düşüncəsindən heyrətləndim. Uşaqlar, siz haqlısınız. Divar dibində ulayanlarla bağlı məsələləri tamamilə həll etmək üçün sizi Yerevanda gözləyirəm"- deyən baş nazir etiraz aksiyaları keçirən vətəndaşlara xəbərdarlıq ünvanlayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti