“Yüzlərlə erməni hərbçi Qarabağda itkin düşüb” - Paşinyan

 “Yüzlərlə erməni hərbçi Qarabağda itkin düşüb” -  Paşinyan
  16 Noyabr 2020    Oxunub:5668
Ermənistanın baş naziri Nikol Paşinyan yüzlərlə erməni hərbçisinin itkin düşdüyünü etiraf edib.
Azvision.az xəbər verir ki, bu barədə Paşinyan yerli telekanallara müsahibəsində deyib.

“İndi dəqiq rəqəmi açıqlamayacam, amma bir neçə yüz itkin var. Bəzilərini diri tapacağımıza ümid edirik”.

Paşinyan, həmçinin Azərbaycanla hərbi əsirlərin dəyişdirilməsinin cəsədlərin mübadiləsi başa çatdıqdan sonra həyata keçiriləcəyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: hərbiəsir  





Xəbər lenti