Koronavirusa yoluxanların sayı 55 milyona çatır

 Koronavirusa yoluxanların sayı 55 milyona çatır
  16 Noyabr 2020    Oxunub:1549
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 54 milyon 818 min 483 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 324 min 530 nəfərdir. İndiyədək 38 milyon 140 min 650 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumilikdə isə son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti