Şoyqudan Putinə cavab: “Biz sizdən qorxuruq”

Şoyqudan Putinə cavab:    “Biz sizdən qorxuruq”
  16 Noyabr 2020    Oxunub:3085
Rusiya Prezidenti Vladimir Putinin Müdafiə Nazirliyinin və Hərbi-sənaye Kompleksinin rəhbərləri ilə keçirdiyi görüşdə masadan aralıya qoyulmuş kreslosu diqqət çəkib.
Azvision.az xəbər verir ki, bu barədə "Vesti" nəşri məlumat yayıb.

"Uzaqda oturmusuz? Siz məndən qorxursunuz, ya məni sizdən qoruyurlar?", - deyə Putin zarafatça soruşub.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu isə belə cavab verib: "Vladimir Vladimiroviç, biz sizdən qorxuruq".

Məlumata görə, Putinin kreslosu xüsusi sanitariya tədbirləri ilə əlaqədar iclas iştirakçılardan aralıda yerləşdirilib.

Azvision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti