Kəlbəcərdən çıxan ermənilər meşələrdə ağacları qırır - VİDEO

Kəlbəcərdən çıxan ermənilər meşələrdə ağacları qırır -  VİDEO
  15 Noyabr 2020    Oxunub:3860
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunu tərk edən ermənilər məkirli niyyətlərini davam etdirir.
Azvision.az xəbər verir ki, ermənilər Kəlbəcərdəki yaşayış yerlərini yandırmaqla yanaşı, meşələrdə ağacları da kəsib özləri ilə aparırlar.

Mişarlanmış ağaclar yük və minik avtomobillərinə doldurularaq Ermənistana daşınır.



Qeyd edək ki, Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib. Azərbaycan humanistlik nümayiş etdirərək ermənilərə əlavə 10 gün möhlət verib.

Azvision.az


Teqlər: Ermənistan   quldur   terror   işğalçı   təxribatçı  





Xəbər lenti