İrəvanda mitinq keçirilir: “Paşinyan xaindir”

 İrəvanda mitinq keçirilir:  “Paşinyan xaindir”
  15 Noyabr 2020    Oxunub:2348
İrəvanda Qarabağ döyüşlərinin iştirakçısı, "Sisakan" könüllü dəstəsinin komandiri Aşot Minasyana dəstək mitinqi keçirilir.
Azvision.az xəbər verir ki, Minasyan Ermənistan baş nazirinə sui-qəsd hazırlığında və hakimiyyəti ələ keçirməkdə şübhəli bilinərək Milli Təhlüksizlik Xidməti (MTX) tərəfindən saxlanılıb.

Hazırda yüzlərlə erməni məhkəmənin keçiriləcəyi binanın qarşısına toplaşaraq etiraz edir.

Minasyanın oğlu Taron Minasyan atasının həbs edilməsinə onun verdiyi ifadənin səbəb olduğunu deyib.

"Atam, "Artsax"ın (Qarabağ-red) 80%-ni satan xain Nikol Paşinyanın mühakimə olunmasını tələb edir. Bu, hərbi xadimlərin təqibinin davamıdır".

Onun fikrincə, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Yuri Xaçaturov da təqiblərə məruz qalıb.

Azvision.az


Teqlər: Ermənistan   həbslər   təqiblər  





Xəbər lenti