Rusiyada COVID-19 qurbanlarının sayı artdı

Rusiyada COVID-19 qurbanlarının sayı artdı
  15 Noyabr 2020    Oxunub:1422
Rusiyada son sutka ərzində koronavirusa 22 572 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 1 925 825 nəfərə çatıb.

Rusiyada son sutkada 352 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 33 186 nəfərdir. İndiyə qədər 1 439 985 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az



Teqlər: Rusiya   virus   yoluxma  





Xəbər lenti