Ermənistanın döyüşə cəlb etdiyi muzdlularla bağlı yeni faktlar

 Ermənistanın döyüşə cəlb etdiyi muzdlularla bağlı    yeni faktlar
  15 Noyabr 2020    Oxunub:2927
Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların və terrorçuların döyüşməsinə dair yeni faktlar ortaya çıxıb.
Azvision.az xəbər verir ki, müxtəlif ölkələrin ekspertləri, jurnalistlər, hətta bəzi media orqanları tərəfindən Ermənistan silahlı qüvvələrinin Qarabağdakı hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair məlumatlar, fotolar paylaşılır.

Suriyalı jurnalist, hüquq müdafiəçisi və ekspert Asaad Hanna özünün “Twitter” hesabında Suriyadan Ermənistan tərəfdən Qarabağdakı döyüşlərə cəlb edilmiş 3 muzdlunun fotolarını paylaşıb və onların adlarını açıqlayıb.

O yazıb: “Hələbdən olan suriyalı bu 3 oğlan – Harut, Haqub və Musek Azərbaycana qarşı döyüşlərdə həlak olublar”.



Suriyalı siyasi şərhçi Kevork Almassian da sosial şəbəkə hesabında Ermənistanın döyüşlərə muzdlular cəlb etməsini təsdiqləyən paylaşım edib: “Suriya həlak olmuş üç əsgərə Harut Panoyana, Hagop Astaryana və Mosik Mosik Seklemyana ağlayır”.



Göründüyü kimi, bu faktlar Ermənistanın Azərbaycana qarşı döyüşlərə muzdlu və terrorçuları cəlb etməsini bir daha təsdiqləyir.

Azvision.az


Teqlər: Qarabağ   Muzdlu  





Xəbər lenti