Suriyada yüzlərlə məhbus azadlığa buraxıldı
Nəticədə Hələb mərkəzi həbsxanası hökumət qoşunlarından azad olunub. Əməliyyatı 2 qruplaşma: mötədil “İslam cəbhəsi” və radikal “Əl-Nüsrə Cəbhəsi” birlikdə həyata keçiriblər.
İlk olaraq kamikadzenin idarə etdiyi bomba yüklü maşın həbsxana qapıları qarşısında partlayış törədib. Ardınca, içəri daxil olan müxalifətçilər yüzlərlə məhbusu, o cümlədən əvvəllər hökumət qoşunları ilə döyüşlərdə əsir götürülmüş tərəfdarlarını da azad ediblər.
Rəsmi Dəməşq isə strateji obyektin itirilməsi ilə bağlı yayılan xəbərləri şərh etmir.
Xatırladaq ki, 20011-ci ilin martından Suriyada baş qaldıran vətəndaş müharibəsi 130 min insanın ölümünə səbəb olub.
Vüqar İsmayılov