Nant şəhərində Azərbaycanın tarixi qələbəsi qeyd edildi

Nant şəhərində Azərbaycanın tarixi qələbəsi qeyd edildi
  14 Noyabr 2020    Oxunub:1478
Fransanın Nant şəhərində yaşayan soydaşlarımız Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi münasibətilə avtoyürüş təşkil ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, yürüşdə onlarla azərbaycanlı iştirak edib, üzərində Azərbaycan və Türkiyə bayraqları olan avtomobil karvanı şəhərin küçələrini dolaşıb.

Daha sonra tədbir iştirakçıları “Qarabağ Azərbaycandır!” şüarı səsləndirib, həmrəylik və birlik rəqsi olan “Yallı” gediblər.

Azvision.az


Teqlər: Qələbə   Fransa  





Xəbər lenti