Suriyada döyüşən ərəblər geri çağırıldı

Suriyada döyüşən ərəblər geri çağırıldı
  07 Fevral 2014    Oxunub:1196
Ərəbistanın Türkiyədəki səfirliyinin müvafiq bəyanatında deyilir ki, vətənə dönmək istəyən vətəndaşlara konsulluq xidmətləri göstəriləcək
Ərəbistan kralı və baş müftisinin bəyanatlarından sonra Suriyada vuruşan səudiyyəlilərin geri qaytarılmasına başlanılıb.

AzVision.az-ın "əl-Məyadin" telekanalına istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyi Suriyada vuruşan ölkə vətəndaşlarının vətənlərinə qayıtmaları üçün addım atmağa hazır olduğunu bildirib.

Səfirliyin müvafiq bəyanatında deyilir ki, vətənə dönmək istəyən vətəndaşlara konsulluq xidmətləri göstəriləcək.

Qeyd edək ki, Suriyada Bəşər Əsədə qarşı cihad çağırışları əsasən Səudiyyə Ərəbistanı şeyxləri tərəfindən verilirdi.

Fransanın “Le Figaro” qəzeti Suriyada vuruşan Səudiyyə vətəndaşlarının sayının 2 mindən artıq olduğunu və indiyədək gedən qarşıdurmalarda 250 Ərəbistan vətəndaşının öldüyünü yazıb.

Qeyd edək ki, bu yaxınlarda Ərəbistan kralı ölkə xaricində vuruşan vətəndaşların həbs ediləcəyi barədə fərman verib.


Teqlər:  





Xəbər lenti