Ermənistanda müxalifətə qarşı təqiblər davam edir

 Ermənistanda müxalifətə qarşı təqiblər davam edir
  14 Noyabr 2020    Oxunub:2087
Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Vətən partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın valideynlərinin evində axtarış aparıb.
Azvision.az xəbər verir ki, bu barədə partiyanın üzvü Sos Akobyan bildirib.

Onun sözlərinə görə, Vanetsiyana qarşı həyata keçirilən siyasi təqib çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları onun valideynlərinin evinə basqın edib.

“Bu, uğursuzluğa məhkum olan hakimiyyətin Vətən partiyasını siyasi cəhətdən boğmaq cəhdidir. Lakin, hakimiyyətin heç bir qanunsuzluğu mübarizəmizi dayandırmayacaq", Akobyan vurğulayıb.

Xatırladaq ki, Vanetsyan 12 noyabrda həbs edilib, bir gün sonra isə sərbəst buraxılıb. Lakin ona qarşı təqiblər davam edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ArturVanetsyan  





Xəbər lenti