Türkiyə və Rusiya arasında Qarabağa dair texniki danışıqlar başa çatdı

 Türkiyə və Rusiya arasında Qarabağa dair texniki danışıqlar başa çatdı
  14 Noyabr 2020    Oxunub:3356
Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında aparılan texniki danışıqlar başa çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Görüş Ankarada Milli Müdafiə Nazirliyində keçirilib. Məlumata görə, danışıqların yaxın günlərdə davam etdirilməsi planlaşdırılır.

Xatırladaq ki, Qarabağdakı atəşkəsdən sonra dünən Rusiyadan 20 nəfərlik nümayəndə heyəti paytaxt Ankaraya gəlib. Türkiyə və Rusiya yüksək səviyyəli hərbi nümayəndə heyətləri arasında keçirilən iki günlük görüşdə atəşkəsdən sonra bölgədə görüləcək işlərin detalları müzakirə edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti