Şahnazaryan 5 minə yaxın hərbçinin öldüyünü təsdiqlədi

 Şahnazaryan 5 minə yaxın hərbçinin öldüyünü təsdiqlədi
  14 Noyabr 2020    Oxunub:1750
Dağlıq Qarabağdakı 44 günlük müharibədə Ermənistanın verdiyi itkilər hökumət tərəfindən gizlədilsə də, artıq bəzi mənbələr real rəqəmləri açıqlamaqdadır.
Azvision.az xəbər verir ki, itki sayının 4750 nəfər olduğu deyilir. Belə ki, 5 gün əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi baş nazir Nikol Paşinyana 4750 canlı qüvvə itkisinin olması barədə məruzə edib.

Bu fakt Ermənistan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Qrant Məlik-Şahnazaryan tərəfindən təsdiqlənib. O, sosial şəbəkədə erməni tərəfinin indiyədək məlum olan itkilərinin sayının 4750 nəfər olduğunu açıqlayıb.

Xatırladaq ki, bu da yekun rəqəm sayılmır. Ermənistanın itkilərinin daha çox olduğuna dair məlumatlar var. Bundan əlavə, İrəvan Qarabağa döyüşmək üçün gətirdiyi muzdluların və terrorçuların ölümünü hələ də gizli saxlayır. Onlar rəsmi statistikada qeydə alınmır

Bundan əvvəl isə Ermənistan tərəfi rəsmi olaraq 1383 hərbçinin öldüyünü elan etmişdi.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Ermənistan   İtki  





Xəbər lenti